"Oyun heç-heçə başa çata bilərdi"
Premyer Liqanın XX turu çərçivəsində bu gün keçirilmiş “Qəbələ” – “Qarabağ” (0:1) oyununu izləyən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts görüşlər bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan almaniyalı mütəxəssis meydanda taktiki mübarizənin getdiyini bildirib:
“Nəticə “Qarabağ” üçün çox uğurlu oldu. Meydanda taktiki mübarizə gedirdi. Oyun heç-heçə başa çata bilərdi”.
saytlarin hazirlanmasi