Azərbaycanda Böyükağa Hacıyev, İngiltərədə Joze Mourinyo

10:41 - 11 Fevral 2014

"Əksər mübahisəli hakim qərarları məhz "Mançester Siti"nin lehinə çıxarılır"

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo İngiltərə Futbol Federasiyasından narazılıq edib. Məsələ ondadır ki, “Norviç”lə matçda etdiyi hərəkətə görə “Mançester Siti”nin futbolçusu Yaya Turenin cəzalanacağı gözlənilsə də, yerli futbol qurumu heç bir cəza tətbiq etməyib. Bu vəziyyət Mourinyonu özündən çıxarıb:

 

“Reallıq odur ki, əksər mübahisəli hakim qərarları məhz “Mançester Siti”nin lehinə çıxarılır. Mövsüm ərzində hakim səhvləri qaçılmaz olur. Bütün klublar bundan əziyyət  çəkir. Lakin “Mançester Siti” ilə bağlı vəziyyət fərqlidir. Çünki oyunlarda baş verən bütün səhvlər onların xeyrinə olur”.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında keçirilən “böyük oyun”dan sonra “Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev da hakimlərlə bağlı sərt ittihamlar səsləndirmişdi.  

Xəbər xətti