Berti Foqtsun komandası 93-cü pillədə qərarlaşıb
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi bir pillə irəliləyib.
Fevral ayında heç bir matç oynamayan Berti Foqtsun komandası 372 xalla 93-cü pillədə qərarlaşıb. Türkiyə yığması isə 2 pillə geriləyərək 45-ci pilləyə düşüb.
Qeyd edək ki, siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür.
saytlarin hazirlanmasi