"Ümid edirəm ki, "Latsio" mənimlə imzaladığı müqaviləni ləğv etməyəcək"
İtaliyanın "Latsio" klubu fırıldaqçılıqda suçlanıb.
Sportal.az xəbər verir ki, klubun gənclərdən ibarət komandasının hücumameylli yarımmüdafiəçisi, kamerunlu Cozef Mariya Minalanın 17 deyil, 42 yaşı olduğu aşkarlanıb. Sənədlərə görə, Minala 1996-cı ilin avqustun 24-də Kamerunda doğulub. Primaveranın 9 matçında o, "qartallar"ın heyətində 5 qol vurub. Fəqət futbolçunun zahiri görkəmi və davranışı onun 17 yaşı olmasına dərin şübhələr yaradıb.
Bu xəbərlərdən agah olan Minala etdiyi əmələ belə şərh verib:
"Etiraf edirəm ki, 17 yaşım yoxdur. Sadəcə, Kamerunda qalmış ailəmə yollamaq üçün pul əldə etməli, müqaviləni imzalamalıydım. Avqustda 42 yaşım tamam olacaq. Ümid edirəm ki, "Latsio" mənimlə imzaladığı müqaviləni ləğv etməyəcək".
saytlarin hazirlanmasi