İngiltərə kuboku: "Arsenal" "Liverpul"u kuboksuz qoydu VİDEO

01:30 - 17 Fevral 2014

"Everton"dan inamlı qələbə
 
İngiltərə Federasiya kubokunda 1/8 finalın oyunları davam edir. 
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
 
"Everton" öz meydanında "Suonsi"ni qəbul edib və 3:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. "Şeffild Yunayted" - "Nottingem Forest" oyununda da 3:1 hesabı qeydə alınıb. Son görüşdə isə "Liverpul" səfərdə "Arsenal"ın qonağı olub. Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 
 
İngiltərə Federasiya kuboku, 1/8 final
"Everton" - "Suonsi"  3:1
 Qollar: Traore, 5 ,Naismiz, 65 , Bainiz, 74 - Quzman,16
 
"Şeffild Yunayted" - "Nottingem Forest"  3:1
Qollar:Koadi, 66 , Porter, 90, 90 - Paterson,28
 
"Arsenal" - "Liverpul" 2:1
Qollar: Çemberley, 16, Padolski, 47 - Cerard, 59 

Arsenal 2-1 Liverpool All Goals by all-goals

Xəbər xətti