Runidən yeni müqavilə FOTO

01:10 - 22 Fevral 2014

Ulduz futbolçu "Mançester Yunayted"də qaldı
 
İngiltərə yığmasının hücumçusu Ueyn Runi "Mançester Yunayted"lə müqaviləsini uzadıb.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu klubu ilə 4.5 illik müqavilə imzalayıb. O, həftəlik 300 min paund gəlir əldə edəcək.
 
Xatırladaq ki, Runinin bir müddət öncə "Çelsi"yə keçəcəyi söylənilirdi.
 

Xəbər xətti