Luboslav Penev: "Azərbaycan hər bir komandaya çətin rəqibdir"
"Avro-2016"ın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığmasının baş məşqçisi Luboslav Penev püşkatma ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis komandasının ağır qrupa düşdüyünü deyib:
"Tale elə gətirdi ki, yenidən İtaliya və Malta ilə bir qrupa düşdük. Bu rəqiblər bizə "DÇ-2014"ün seçmə mərhələsindən tanışdı. Çox çətin qrupa düşmüşük. Burada kimin fovarit, kimin autsayder olacağını demək çətindir. Ancaq hər halda İtaliyanı daha şanslı görürəm".
Azərbaycan hər bir komandaya çətin rəqibdir. Ancaq bizim hədəfimiz "Avro-2016"ın final mərhələsinə vəsiqə qazanmaqdır. Buna görə də hər bir rəqibimizə qalib gəlməyi bacarmalıyıq. Məncə, İtaliyadan başqa digər beş komanda 2-ci və 3-cü yerlər üçün mübarizə aparacaq".
saytlarin hazirlanmasi