Mirbağır İsayev: "Bunun müsbət nəticəsini mütləq görəcəyik"
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Rusiyanın "Spartak" klubunun əvəzedici komandası arasında keçirilmiş yoldaşlıq oyunu (1:4) ilə bağlı yığmamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, rəqibin daha güclü olduğunu deyib:
"Çox çətin oyun oldu. Bunu bilirdik, çünki təlim-məşq toplanışlarında biz həmişə güclü rəqiblərlə oyuna üstünlük veririk. Bu, gələcəkdə futbolçularımızın öz yaşıdları ilə oyuna köklənməsinə, bugünkü səhvlərin həmin oyunlarda təkrarlanmamasına gətirib çıxaracaq. Növbəti təlim-məşq toplanışlarında da yüksək səviyyəli komandalarla qarşılaşmağa çalışacağıq. Bunun müsbət nəticəsini mütləq görəcəyik. “Spartak” bizdən çox üstün oynadı. Bizə də belə oyunlar lazımdır ki, komandanı sınaqdan keçirək. Daha əvvəl də qeyd etdiyim kimi, məqsədimiz Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizlə oyunlara hazırlamaqdır".
saytlarin hazirlanmasi