Təbriz Həsənov: "Komandadan tam razı qalmadım"
"Bu toplanışda ikinci oyunumuzu keçirdik. İlk oyunda yaşca özümüzdən böyüklərlə qarşılaşdıq. Uduzmağımıza baxmayaraq, pis oynamadıq, sona qədər mübarizə apardıq".
Sportal.az xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov bildirib. Həsənov komandasının oyunundan razı qalmadığını bildirib:
"Həmyaşıdlarımıza qarşı keçirdiyimiz bu oyunda isə fərqli tapşırıqlar vermişdim. 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandadan tam razı qalmadım. Amma bu da təbiidir. Çünki bu komanda ilə beynəlxalq səviyyəli ilk oyunumuzu keçirirdik. Belə oyunların sayı çox olsa, uşaqlar sürətli oyuna tez alışacaqlar".
saytlarin hazirlanmasi