Yığmamızın üzvü sosial şəbəkədə Xocalı faciəsi ilə əlaqədar faktları və öz düşüncələrini paylaşdı
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Elazığspor” klubunun yarımmüdafiəçisi Əli Gökdəmir bütün futbolçularımıza nümunə olacaq bir addım atıb.
Sportal.az xəbər verir ki, yığmamızın üzvü sosial şəbəkədə 26 fevral - Xocalı faciəsi ilə əlaqədar faktları və öz düşüncələrini paylaşıb.
Azərbaycanlı olmadığına görə Gökdəmirin yığmamıza çağırılmasına etiraz edənlər də oldu. Halbuki, 26 fevralın Xocalı soyqırımının anım günü olduğundan xəbərsiz olan xeyli azərbaycanlı futbolçu var.
Gökdəmirin bu addımı onlar üçün bir dərs olsun!
Mənbə: Publika.az
saytlarin hazirlanmasi