Avroliqada bütün 1/8 finalçılar məlum oldu

02:00 - 28 Fevral 2014

Ruslan Abışov oynadı, komandası məğlub oldu
 
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, Çempionlar Liqasından fərqli olaraq Avroliqanın bütün görüşləri eyni gündə baş tutacaq və 1/8 finalçılar bəlli olub.
 
Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" klubu "Betis"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Kazan təmsilçisi iki oyunun nəticəsinə əsasən (1:1, 0:2) Avropa Liqasında mübarizəni dayandırıb.
 
Azərbaycanlı azarkeşlər üçün daha çox maraq doğuran oyun Türkiyədə baş tutub. Qardaş ölkə təmsilçisi "Trabzonspor" "Yuventus"u qəbul edib. Bu oyunda da rəqibinə 0:2 hesabı ilə uduzan Trabzon təmsilçisi turnirlə erkən vidalaşıb. 
 
 
UEFA Avropa Liqası, 1/16 finalın cavab oyunları
 
22:00. "Zalsburq" (Avstriya) - "Ayaks" (Hollandiya) (İlk oyun 3:0) 3:1 
Qollar: Van Der Hoorn, 56-avtoqol, Mane, 66, Soriano, 77 - Klaassen, 83 
 
22:00.  "Ludoqorotes" (Bolqarıstan) - "Latsio" (İtaliya) (İlk oyun 1:0) 3:3 
Qollar: Keyta, 1 (0:1), Perea, 54 (0:2), Bezjak, 68 (1:2) Moti, 79 (2:2), Klose, 82 (2:3), Juninyo, 88 (3:3) 
 
22:00. "Bazel" (İsveçrə) - "Makkabi" (İsrail) (İlk oyun 0:0)  3:0 
Qollar:  Stoker, 18, Streller, 61? 72
 
22:00.  "Ayntraxt" (Frankfurt, Almaniya) - "Portu" (Portuqaliya)  (İlk oyun 2:2)   3:3 
Qollar: Ayqner, 37 (1:0), Meyer, 52 (2:0), Manqala, 57 (2:1), 71 (2:2), Oçipka, 76 (3:2), Ghilas, 85 (3:3)
 
22:00.  "Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya)  (İlk oyun 2:2)   2:1 
Qollar: Reyes, 42, Qameyro, 59 - Vrsiç, 90+2 
 
22:00. "Şaxtyor" (Ukrayna) - "Viktoriya" (Çexiya)  (İlk oyun  1:1)  1:2 
Qollar:  Kolar, 30 (0:1), Petrzela, 34 (0:2), Adriano, 88 (1:2)
 
22:00. "Napoli" (İtaliya)  - "Suonsi" (İngiltərə)  (İlk oyun  0:0)  3:1 
Qollar: İnsinye, 16 , İquain, 79 , İnler, 90+3 - Quzman,29
 
21:00. "Rubin" (Rusiya) - "Betis" (İspaniya) (İlk oyun  1:1)  0:2 
Qollar: Nono, 45, Kastro, 65 
 
00:05. "Benfika" (Portuqaliya)  - PAOK (Yunanıstan) (İlk oyun  1:0)  3:0
Qollar: Qaytan, 70 (1:0), Lima, 78-pen (2:0), Markoviç, 79 (3:0)
 
00:05. "Valensiya" (İspaniya)  - "Dinamo" (Kiyev, Ukrayna) (İlk oyun 2:0)  0:0 
 
00:05. "Tottenhem" (İngiltərə) - "Dnepr" (Ukrayna) (İlk oyun  0:1)  3:1 
Qollar: Zozulya, 47 (0:1), Eriksen, 56 (1:1), Adebayor, 65 (2:1), 69 (3:1)
 
00:05. "AZ Alkmaar" (Hollandiya) - "Slovan" (Çexiya) (İlk oyun  1:0)  1:1
Qollar: Viergever, 19 - Budnik, 72 
 
00:05. "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) (İlk oyun  0:2)  0:2 
Qollar: Vidal, 18, Osvaldo, 33
 
00:05.  "Lion" (Fransa) - "Çernomorets" (Ukrayna) (İlk oyun  0:0)  1:0 
Qol: Lakazette, 80 
 
00:05. "Fiorentina" (İtaliya) - "Esbyerq" (Danimarka) (İlk oyun 3:1)  1:1
Qollar: İliçiç, 47 (1:0), Vesterqard, 90+2 (1:1)
 
00:05. "Genk" (Belçika) - "Anji" (Rusiya) (İlk oyun  0:0)  0:2 
Qollar: Tşimanqa, 64-avtoqol (0:1), A.Əliyev, 71 (0:2)

Xəbər xətti