"Azərbaycanı seçdiyim üçün peşman deyiləm"
Bu gün millimiz Filippin yığması ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan öncə millimizə ilk dəfə dəvət alan futbolçular öz fikirlərini bildiriblər:
Abdulla Abatsiyev: “Sabah layiqli oyun nümayiş etdirmək lazımdır. Axı bu, ilin ilk matçıdır. Komandanın nəyə qadir olduğuna baxmaq lazımdır. Seçmə mərhələyə gəlincə, İtaliya və Xorvatiya yığmaları qrupun aşkar favoritləridir. Ancaq onlara qarşı oynamaq olar. Qrupda 3-cü yeri tutmaq barədə düşünməliyik”.
Elvin Yunuszadə: “Qələbə qazananda əhval-ruhiyyə yaxşı olur. Çalışıb, qalib gəlməliyik. Bunu bacarsaq, rəsmi oyunlarda da davamını gətirərik. Rəqib Filippin yığması olsa da, ruhdan düşmürük. AVRO-2016-nın püşkünə gəlincə, əsas odur ki, özümüzə inanaq. Hər bir komandaya qarşı mübarizə aparacağıq”.
Tuğrul Erat: “Millidə yeniyəm. Yəqin ki, sabah qələbə qazanarıq. Millidə yaxşı futbolçular var. Gələcəkdə Almaniya və Türkiyə millilərində də oynamaq şansım vardı. Azərbaycanı seçdiyim üçün peşman deyiləm. Hər şeyi fikirləşib, qərar vermişəm. Klubumda vurduğum qolların davamını yığmada da gətirəcəyəm”.
İlkin Qırtımov: “Yaxşı oyun nümayiş etdirmək istəyirik. Məşqçilər bizə güvənir. Avro-2016-nın seçmə mərhələsində kollektiv oyun nümayiş etdirsək, əsil komanda xarakteri göstərə bilsək, istənilən rəqibdən xal almağımız mümkündür”.
saytlarin hazirlanmasi