Mahmud Qurbanov: "Məni millidə yaxşı qarşıladılar"
Azərbaycan milli komandasının yeni məşqçisi Mahmud Qurbanov fikrlərini bölüşüb.
Sportal.az xəbər verir ki, hazırda milli komanda ilə birgə Dubayda olan gənc mütəxəssis bunları deyib:
“Millidə futbolçu kimi çox oynamışam. Məşqçi qismində isə yeni fəaliyyətə başlamışam. Məni millidə yaxşı qarşıladılar. Ölkə futbolunda inkişaf gedir. Məşqlər sürətli keçir. Millinin düşərgəsində olmaq xoşdur”.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Filippinlə üz-üzə gələcək.
saytlarin hazirlanmasi