Millimiz Moldova ilə bacarmadı

19:21 - 5 Mart 2014

21 yaşlılarımız heç-heçə etdi
 
Bu gün 21 yaşlılardan ibarət Azərbaycan yığması da yoxlama matçı keçirib. 
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis Bernhard Lippertin komandası səfərdə Moldova ilə üz-üzə gəlib.
 
Tiraspol şəhərindəki "Şerif" İdman Kompleksində Bakı vaxtı ilə saat 17:00-da start götürən oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar - 1:1. 
 
 
17:00. Moldova - Azərbaycan  1:1 
Qollar: Azər Salahlı, 82 - Katarin Karp, 45

Xəbər xətti