Foqts: "Onu bağışlamaq olar"

21:20 - 5 Mart 2014

"Heyətə dəvət olunmayan futbolçuların bu oyunda heç birinin yeri görünmədi"
 
"Yersiz səhvlərə yol verirdik. Müdafiədə də səhvlər var idi. Şadam ki, ilk yoldaşlıq oyununda qələbə qazandıq. Bundan sonra mayda iki, avqustda bir yoxlama oyunu keçirəcəyik".
 
Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts Filippinlə yoldaşlıq oyunundan (1:0) sonra deyib.
 
Almaniyalı mütəxəssis futbolçusu Ruslan Abışovu əvəzləməsinin səbəblərindən də danışıb:
 
"Ruslan Abışov nəyə görə əvəzləndiyini bilir. Özü də oyunundan razı deyildi. Onu bağışlamaq olar".
 
Heyətdə yeni futbolçuların olduğunu söyləyən B.Foqts bildirib ki, "Avro-2016"nın seçmə mərhələsinin oyunlarında da heyətdə dəyişikliklər edəcək:
 
"Heyətdə yeni futbolçular var idi. Bu gün 3 futbolçu millidə debüt etdi. Seçmə mərhələnin oyunlarında dəyişikliklər ediləcək. Bədavi Hüseynovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq istəyirəm. Heyətə dəvət olunmayan futbolçuların bu oyunda heç birinin yeri görünmədi”.

Xəbər xətti