Millimiz dünya çempionatına vəsiqə qazanmış yığma ilə qarşılaşacaq

10:37 - 6 Mart 2014

Azərbaycan ABŞ-la yoldaşlıq matçı keçirəcək
 
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
 
Sportal.az xəbər verir ki, millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Oyunun başlanma saatı və stadion barədə əlavə məlumat saytımızda yerləşdiriləcək.
 
Hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Xəbər xətti