Hücumçu müqaviləsini ləğv etdi
"Vest Bromviç"in futbolçusu Nikolas Anelka klubla müqaviləsini ləğv edib.
Sportal.az xəbər verir ki, bu barədə fransız futbolçu "Tvitter" hesabından yazıb : "Rəhbərliklə danışıqlarda sonra belə bir qərar verdim. "Vest Bromviç"dən ayrıldım".
Qeyd edək ki, irqçi hərəkəti səbəbindən 5 oyunluq cəzalandırılan Anelkanın Premyer liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi var idi.
saytlarin hazirlanmasi