"Spartak" Karpinlə yollarını ayırıb
Rusiya Premyer Liqasının daha bir təmsilçisi baş məşqçini qovub.
Sportal.az xəbər verir ki, bu dəfə "Spartak" klubu baş məşqçisi Valeri Karpinlə yollarını ayırıb.
Bu barədə qərar klub direktoru ilə bu gün keçirilən iclasda verilib. Moskva təmsilçisini mövsümün sonuna qədər Dmitri Qunko çalışdıracaq.
Qeyd edək ki, bir həftə öncə "Zenit" klubu baş məşqçisi Luçano Spaletti ilə yollarını ayırmışdı.
saytlarin hazirlanmasi