Syominin "Qarabağ"la matçöncəsi 5 problemi

23:16 - 18 Mart 2014

Əyalət təmsilçisində ciddi itkilər
 
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"la  qarşılaşacaq "Qəbələ" bu gün Tofiq Bəhramov adına mərkəzi stadionda oyun öncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Dieqo Kosta Silva, Rafael Santos,  Omar Kalabane, Nikola Valentiç və Kamran Ağayev yer almayıb. Adıçəkilən futbolçuların "Qarabağ"a qarşı oyunda meydançaya çıxmayacağı dəqiqləşib. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.
 
Xatırladaq ki, "Qəbələ" "Qarabağ"la martın 19-u saat 17:00-da paytaxtda  üz-üzə gələcək. Bu komandalar arasında ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Xəbər xətti