Syomin "Qarabağ"la oyundan danışdı

20:34 - 19 Mart 2014

 

"Zədəli oyunçu problemini aradan qaldırmalıyam"
 
“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin “Qarabağ” üzərində qazanılan zəfərdən sonra düşüncələrini bölüşüb.
 
Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib:
 
“Ağır oyun oldu. Ümumiyyətlə, bizdə çox sıx qrafik var. Ardıcıl çətin oyunlar keçirdik. Hesab edirəm ki, komandam oyun üslubunu pozmadı. Mən hələ yarımfinalı düşünmürəm. Qarşıda daha vacib çempionat oyunları var. Bundan əlavə, zədəli oyunçu problemini aradan qaldırmalıyam”.
Qeyd edək ki, “Qəbələ” yarımfinalda “Xəzər Lənkəran”la üz-üzə gələcək.

Xəbər xətti