"Yuventus" "Lion"a rəqib oldu
	 
	Bu gün Avropa Liqasının 1/4 final mərhələlərinin püşkü atılıb. 
	 
	Sportal.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Komandaların adlarını səbətdən ötənlərin məşhur italiyalı futbolçusu Çiro Ferraro çıxarıb. 
	 
	Püşkün nəticəsinə görə, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq.
	 
	"Az Alkmaar" - "Benfika"
	 
	"Lion" - "Yuventus"
	 
	"Bazel" - "Valensiya"
	 
	"Portu" - "Sevilya" 
	 
	1/4 finalın ilk oyunları aprelin 3-də, cavab qarşılaşmaları aprelin 10-da keçiriləcək.
                      
saytlarin hazirlanmasi