Hücumçu "Bavariya" ilə oyunları buraxmalı olacaq
ÇL-in 1/8 finalında "Olimpiakos"la cavab matçında zədələnən və oyunu yarımçıq tərk edən "Mançester Yunayted"in futbolçusu Robin van Persinin son durumu bəlli olub.
Sportal.az xəbər verir ki, hollandiyalı hücumçu bu gün tibbi müayinədən keçib. onun 4-6 həftə futboldan uzaq qalacağı açıqlanıb.
Bununla da, futbolçu ÇL-də "Bavariya" ilə hər iki oyunu buraxmalı olacaq.
Qeyd edək ki, van Persi "Olimpiakos"la matçda komandasının hər üç qolunu vuraraq komandasını ÇL-də 1/4 finala yüksəltmişdi.
saytlarin hazirlanmasi