London derbisində müəmmalı qırmızı vərəqə
İngiltərə Premyer Liqasının 31-ci turunda keçirilən "Çelsi" - "Arsenal" matçında maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində “Çelsi”nin futbolçusu Eden Hazardın zərbəsindən sonra qapıya gedən topu “Arsenal”lı Oksleyd Çemberlen əli ilə çıxarıb. Matçın baş hakimi tərəddüt etsə də, "topçular"ın qapısına penalti təyin edib.
Maraqlısı isə hakimin topu qapı xəttindən əllə çıxaran Çemberlenə deyil, onun komanda yoldaşı Gibbsə qırmızı vərəqə verməsi olub.
saytlarin hazirlanmasi