Millimiz ənənəni pozmayaraq yenə məğlub oldu

22:34 - 25 Mart 2014

Macarlar yığma komandamızı məğlub etdi
 
Bu gün Soçidə qadın komandaları arasında ənənəvi “Kuban baharı” turnirinin 9-12-ci yerləri uğrunda oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, yeniyetmə qızlardan ibarət millimiz (U-19) Macarıstan yığmasına 1:2 hesabı ilə məğlub olub.
 
Komandamızın heyətində yeganə qolu Nigar Cəlili vurub.
 
Digər oyunda isə Türkiyə millisi İran yığmasına qalib gəlib (1:0).
 
Xatırladaq ki, qrup mərhələsində millimiz İsrail (0:1), Rusiya (0:3) v ə Rumıniya (0:3) yığmalarına məğlub olmuşdu.

Xəbər xətti