"Ata, belə bir oğul yetiştirdiyinə görə mənimlə fəxr edə bilərsən"

19:26 - 31 Mart 2014

Kristian Kivu karyerasını başa vurdu 
 
“İnter”lə müqaviləsini ikitərəfli pozan Kristian Kivu karyerasını başa vurub.
 
Sportal.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən 33 yaşlı rumıniyalı futbolçu futboldan gedişinə belə şərh verib:  
 
“Usaqkən futbol dünyasına ayaq basdım. Futbolda bir sıra xəyallarımı gerçəkləşdirə bildim. İndi futbolu ağarmış saçlarla və sifətimdəki çapıqlarla tərk edirəm. Həmin cizgilər gələcəkdə mənə futbol oynadığımı xatırladacaq. Ata, insan olaraq belə bir oğul yetişdirdiyinə görə mənimlə fəxr edə bilərsən. Bu bir yolun sonu digərinin isə başlanğıcıdır”             

Xəbər xətti