"Qəbələ" "Xəzər Lənkəran"la oyuna Bakıda hazırlaşır

23:03 - 1 Aprel 2014

Komandada 3 itki
 
"Qarabağ"la (0:3) matçın ardından 1 günlük istirahətə buraxılan "Qəbələ" klubu bugündən etibarən növbəti - XXIX tur çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" ilə qarşılaşmanın hazırlıqlarına start verib.  


Sportal.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında "Bakı"nın təlim-məşq bazasında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç  qatılmayıb. 

Futbolçular məşq boyunca müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. 

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Qəbələ" qarşılaşması aprelin 5-də, Lənkəran Şəhər Stadionunda baş tutacaq.

Xəbər xətti