"Benfika"dan vacib səfər qələbəsi
	 
	Bu gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub. 
	 
	"Benfika" səfərdə "AZ Alkmaar"a 1:0 hesabı ilə qələbə qazanıb. "Valensiya" səfərdə "Bazel" qarşısında darmadağın olub.  
	 
	"Sevilya" da səfərdə "Portu"ya  uduzub. "Yuventus" isə  "Lion" üzərində 1-0 hesabı ilə qələbə qazanıb. 
	 
	Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 10-da keçiriləcək.
	 
	 
	4 aprel
	 
	Avropa Liqası, 1/4 finalın ilk oyunları
	 
	00:05. "Az Alkmaar" (Hollandiya) - "Benfika" (Portuqaliya)  0:1
	Qol: Salvio, 48
	 
	00:05. "Bazel" (İsveçrə) - "Valensiya" (İspaniya)  3:0
	Qollar: Delqado, 35, 38, Stoker, 90+1 
	 
	00:05. "Portu" (Portuqaliya) - "Sevilya" (İspaniya)  1:0
	Qol: Manqala, 31 
	Qırmızı vərəqə: Fernando, 87 ("Porto")
	 
	00:05. "Lion" (Fransa) - "Yuventus" (İtaliya) 0:1
	Qol: Bonuççi, 85
                      
saytlarin hazirlanmasi