"Qəbələ" 6 futbolçusunu Lənkərana aparmadı

16:52 - 4 Aprel 2014

Komanda bu gün məşqə çıxacaq

 
Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq “Qəbələ” bu gün Bakını tərk edib.
 
Sportal.az xəbər verir ki,  Lənkərana çatacaq Yuri Syominin yetirmələri burda oyun öncəsi 1 məşq keçəcək.
 
“Qəbələ” Lənkərana Umar Kalaban, Dieqo Koşta, Nikola Valentiç, İbrahima Niasse, David Petjkeviç və Elnur Allahverdiyev olmadan gedib. Qapıçılar və Elnurdan fərqli, digərləri zədəlidir. “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi olan Allahverdiyev isə cəzalı durumdadır.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” görüşü sabah saat 18:00-da başlayacaq.

Xəbər xətti