Əyalət təmsilçisi "Torino" ilə qarşılaşacaq
"Qəbələ"nin U-15 kollektivinin iştirakı ilə baş tutacaq 1999-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Stefano Qusella xatirə turnirinin püşkatması keçirilib.
Sportal.az xəbər verir ki, 48 komandanın mübarizə aparacağı turnirdə rəqiblər 12 qrupa bölünüb.
“Qəbələ” R qrupunda Italiya təmsilçiləri - “Torino”, “Valle dAosta” və “Arenzano” ilə mübarizə aparacaq. "Qırmızı-qaralar" turnirdə ilk oyununu aprelin 18-də Bakı vaxtı ilə saat 14:00-da “Valle dAosta”ya qarşı keçirəcək.
Həmin gün 19:30-da “Arenzano”nu sınağa çəkəcək “Qəbələ” ertəsi gün 16:00-da “Torino” ilə üz-üzə gələcək. Komandanın digər matçları isə qrupda tutacağı yerdən asılı olacaq.
Xatırladaq ki, turnir aprelin 18-dən 21-dək İtaliyanın Turin şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi