"Bu barədə mətbuata açıqlama vermək istəmirik"
"Xəzər Lənkəran" kubokun yarımfinalda qarşılaşacaqları "Qəbələ" ilə matçın hazırlıqlarına dünən Qəbələdə start verib.
Cənub klubu Qəbələdə stadion problemi ilə qarşılaşıb. Belə ki, "Qəbələ" klubu heç bir stadionunu "Xəzər Lənkəran"a məşq etmək üçün verməyib. Bu barədə Hüseyn Cəbrayıloğlu Sportal.az saytına açıqlamasında bildirmişdi: "Qəbələ" klubu bizə əvvəlcədən bildirmişdi ki, stadionu oyundan bir gün qabaq bizim üzümüzə açacaq. Bu onların təbii haqqıdır. Amma, düşündük ki, 9 meydança var, ən azından birini bizə məşq üçün verərlər. Təssüf ki, olmadı. "
Sportal.az olaraq, bunun səbəbini öyrənmək üçün "Qəbələ" klubunun baş meneceri Zaur Əzizovla əlaqə saxladıq, o, saytımıza açıqlamasında bunları dilə gətirib:
"Biz bu barədə "Xəzər Lənkəran" rəsmiləri ilə danışıqlar aparırıq. Bu barədə mətbuata açıqlama vermək istəmirik"
saytlarin hazirlanmasi