Kamanan əsas komandadan uzaqlaşdırıldı
	 
	“Qəbələ”nin baş məşqçisi Yuri Syomin fransalı hücumçu Yannik Kamananın xidmətlərindən bir müddət imtina etməyi qərar alıb. 
	 
	Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun son oyunlarda qeyri-qənaətbəxş oyununu əsas gətirərək, onu əvəzedicilərin heyətinə göndərib.
	 
	Beləliklə, Kamanan ölkə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək ilk oyunda iştirak etməyəcək.
                      
saytlarin hazirlanmasi