Prandelli braziliyalı futbolçunu niyə milliyə dəvət etməyib?
Dünya çempionatının startına iki aydan artıq vaxt qalsa da, İtaliya millisi indidən mundiala hazırlıq görür.
Sportal.az xəbər verir ki, baş məşqçi Çezare Prandelli dünya çempionatına aparacağı futbolçuların təxmini siyahısını tutub. Millinin 42 üzvünü testdə sınağa çəkən Prandelli onların fiziki durumunu yoxlayıb. Lakin baş məşqçi “İnter”in braziliyalı müdafiəçisi Conatanı yığmaya cəlb etməyib. Halbuki “Skuadru Adzurra”nın heyətində “Verona”da çıxış edən braziliyalı yarımmüdafiəçi Ramulo da yer alıb. Bir müddət əvvəl onunla yanaşı Conatanın da İtaliya yığmasına çağırılacağı deyilsə də, baş məşqçi bunu etməyib. Çezare Prandelli isə braziliyalı futbolçunu milliyə niyə dəvət etmədiyinə belə şərh verib:
“Milliləşmış futbolçunu dərhal yığmaya cəlb etmək çətindir. Romulo sənədləri əvvəlcədən hazır olduğundan milliyə dəvət olmasında heç bir problem olmadı. Conatan da isə vəziyyət tam başqadır. O, İtaliya vətəndaşlığı yaxınlarda qəbul edib. Bir də milliləşmiş futbolçunu komandaya cəlb edəndə 7 ay əvvəlcədən müraciət etməlisən. Həmişə gəlmə futbolçulara deyirəm ki, əgər onlar İtaliya millisində oynamaq istəyirlərsə fikirlərini əvvəlcədən söyləsinlər. Conatan hələ bir dəfə də olsun İtaliya millisində oynamaq istəyində olduğunu dilıinə gətirməyib”.
saytlarin hazirlanmasi