"Xəzər Lənkəran"ı yıxan futbolçunu danışdı: "Bu oyun unudulmayacaq"

12:20 - 17 Aprel 2014

Nizami Hacıyev: "Arxaynlaşmaq olmaz"
 
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu - "Qəbələ"-"Xəzər Lənkəran" (3:0) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Nizami Hacıyev üçün də sevindirici və yaddaqalan oldu.  “Qəbələ”nin heyətində 27-ci matçına çıxan Nizami Hacıyev məhz sözügedən qarşılaşmada komandasında qol hesabını açdı. Matçda dublunu rəsmiləşdirən və qələbədə əvəzsiz rol oynayan yarımmüdafiəçi klub tarixində qol sevinci yaşayan 83-cü futbolçu oldu. Nizami kubokda “Qəbələ” üçün qol vuran 30-cu oyunçu kimi də tarixə düşdü.
 
Sportal.az xəbər verir ki, matçın ardından təəssüratlarnı gabalafc.az-la bölüşən Hacıyev qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, cavab oyununda daha diqqətli oynayacaqlarını söyləyib:
 
"Gərgin oyun alındı. İkinci hissədə təzyiqimiz öz bəhrəsini verdi. Artıq xeyli müddət idi ki, azarkeşlərimizi doğma meydanımızda sevindirə bilmirdik. Bu dəfə hər şey istədiyimiz kimi nəticələndi. Qələbə qazandığımıza görə çox sevincliyəm. Oyun mənim üçün xüsusi yaddaqalan oldu və unudulmayacaq. "Qəbələ" forması ilə qol hesabımı açdım. İnanıram ki, bu qollarım mənə və komandama düşərli olacaq. Finala adlamaq üçün ilk oyunda gözəl qələbə qazandıq. Amma arxayınlaşmaq olmaz. Cavab oyununda diqqətli olmalıyıq. İnanıram ki, etibarlı oyunumuzu səfərdə də təkrarlayaraq finala vəsiqə qazanacağıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm". 

Xəbər xətti