Onun mükafatı klub rəsmisinə təqdim edildi
“Qəbələ”nin hücumçusu Daniel Subotiç Premyer Liqada ötən ilin dekabr ayı üçün ən yaxşı futbolçu seçildiyi özünün mükafatlandırma mərasimində iştirak etməyib.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Yuri Syomin komandanın Qəbələdə məşq etdiyini əsas gətirərək, futbolçunu mərasimə buraxmayıb. Onun mükafatını isə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacı qəbul edib.
saytlarin hazirlanmasi