Kamanandan sonra, Kalabane də komandadan getdi
	 
	"Qəbələ" Yannik Kamanan və Omar Kalabane ilə yollarını ayırıb. 
	 
	Sportal.az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında futbolçularla müqaviləyə xitam verilib. 
	 
	Yannik Kamanan 2012-ci ilin yanvar ayından "Qəbələ"nin şərəfini qoruyurdu. Hücumçu bu müddət ərzində "qırmızı-qara" forma ilə 68 oyuna çıxıb və 18 dəfə fərqlənib. 
	Omar Kalabane isə "Qəbələ"yə 2012-ci ilin iyul ayında qoşulmuşdu. Qvineyalı müdafiəçi komandanın heyətində 32 oyun keçirib və 2 qola imza atıb.
	 
	 "Qəbələ" İdman Klubu Yannik Kamanan və Omar Kalabaneyə "qırmızı-qara" forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarıına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.
                      
saytlarin hazirlanmasi