"Vest Hem"in gənc futbolçusu xərçəng xəstəliyinin qurbanı oldu
Dünya futbolunda daha bir gənc futbolçu dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, İngiltərənin "Vest Hem" klubunun 20 yaşlı üzvü Dilan Tombides vəfat edib.
Onun ölümünə xərçəng xəstəliyi səbəb olub. Böyük gələcək vəd edən forvard "Vest Hem"in əsas heyətində 2012-ci ilin sentyabrında Liqa Kubokunun oyununda debüt etmişdi.
Əvvəllərdə Dilana xərçəng diaqnozu qoyulmuşdu,lakin daha sonra futbolçu sağalaraq meydana qayıtmışdı. Lakin o, yenidən xəstəxanaya düşüb və bu dəfə ölümdən yaxa qurtara bilməyib.
saytlarin hazirlanmasi