Əyalət təmsilçisi ilk gündə aktivinə 4 xal yazdırıb
İtaliyanın Turin şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən Stefano Qusella xatirə turnirinin açılış günü "Qəbələ" üçün uğurlu alınıb.
Sportal.az xəbər verir ki, açılış günündə iki oyun keçirən "qırmızı-qaralar" aktivinə 4 xal yazıb. İlk matçda yerli "Valle dAosta" kollektivi ilə üz-üzə gələn Hüseynqulu Quliyevin yetirmələri meydançanı 1:1-lik heç-heçə ilə tərk edib. "Qəbələ"yə 1 xal qazandıran qolu Nəsib Ələkbərov rəqib qapısından keçirib. İkinci oyunda "Arenzano" ilə qarşılaşan təmsilçimiz turinliləri meydançaya çıxmağa peşman edib. Cavidan Qasımlı (2), Əli Məzahirli (2), Allahverdi Əsədov (2), Əli Sadıxov və Nəsib Ələkbərovun qolları "qırmızı-qaralar"a 8:0-lıq qələbə qazandırıb.
saytlarin hazirlanmasi