"İkinci hissədə oyunumuz yaxşı alınmadı"

19:45 - 20 Aprel 2014

Yuri Syomin qarşıda kubok oyununu düşünür
 
“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin  “Rəvan”la oyun  barədə fikirlərini açıqlayıb. Sportal. az xəbər verirki, təcrübəli mütəxəssis komandasının birinci hissədə daha yaxşı oynadığını bildirib:
 
“İlk yarıda yaxşı oynayıb iki qol vurduq. İkinci hissədə isə oyunumuz yaxşı alınmadı. Topu özümüzdə daha çox saxlamağa çalışdıq, nəticədə qapımızda qol gördük. Buna baxmayaraq, nəticədə qələbə qazanıb aktivimiz üç xal yazdıq. İndi əsas məqsədimiz qarşıda kubok oyununa hazırlıqdır" 

Xəbər xətti