Əyalət təmsilçisi ikinci pillədə qərarlaşdı
"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir.
Sportal.az xəbər verir ki, qrup mərhələsinin ilk iki oyununda 4 xal toplayan "qırmızı-qaralar" qrupun son matçında yerli "Torino" kollektivi ilə qarşılaşıb.
Matç turinlilərin 3:1-lik qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Cavidan Qasımlı imza atıb. Bu nəticədən sonra 4 xalla qrupu ikinci yerdə tamamlayan "Qəbələ" 13-24-cü yerlər uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə komandamızın rəqibləri "Qrasshopers" (İsveçrə) və "Milan" (İtaliya) olub. İlk matçda "Grasshopers"lə üz-üzə gələn "qırmızı-qaralar" isveçrəlilərə Cavidan Qasımlının yeganə qolu ilə qalib gəlib - 1:0. Növbəti görüşdə "Milan"la qarşılaşan "Qəbələ" 0:5 hesabilə məğlub olub.
Sabah təmsilçimiz 17-20-ci yerlər uğrunda daha iki oyun keçirəcək. Xatırladaq ki, turnirdə 48 komanda medallar uğrunda mübarizəyə qoşulmuşdu.
saytlarin hazirlanmasi