"Qəbələ" "Milan"la bacarmadı

11:19 - 22 Aprel 2014

Əyalət təmsilçisi "Fənərbaxça" ilə bacarmadı
 
"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vodafone Beynəlxalq turnirində çıxışını davam etdirir.

Sportal.az xəbər verir ki, turnirin açılış günündə 2 oyun keçirən və maksimum nəticə qazanan Qəbələ təmsilçisi qrupun son matçında "Fənərbaxça" ilə qarşılaşıb. Görüş İstanbul klubunun minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qrupda 6 xal toplayan və növbəti tura - 1/8 final mərhələsinə vəsiqə qazanan "qırmızı-qaralar" bu etapda İtaliya "Milan"ına rəqib olub. Maraqlı mübarizə şəraitində keçən "Qəbələ"-"Milan" qarşılaşması ikincilərin 1:0 hesablı  qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Ülfət Mədətovun futbolçuları 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. "Qəbələ" bu çərçivədə sabah "Antalyaspor"la üz-üzə gələcək.

Xəbər xətti