Futbolçunun cəzası yalnız kubok oyunlarına şamil ediləcək
	 
	Apelyasiya Komitəsi İntizam Komitəsinə müraciət edərək Qəbələ klubunun futbolçusu Elnur Allahverdiyevə İntizam Komitəsinin 18 aprel 2014-cü il tarixli iclasında verilmiş 5 oyunluq cəzaya yenidən baxılmasını bildirib.
	 
	Sportal.az xəbər verir ki, İntizam Komitəsi baş vermiş hadisəni ətraflı araşdırdıqdan sonra məsələyə yenidən baxaraq aşağıdakı qərarı qəbul edib:
	
	Qəbələnin futbolçusu Elnur Allahverdiyevə verilmiş 5 oyunluq cəza ölkə kuboku matçlarına şamil edilsin.
	
	Qeyd edək ki, əvvəlki qərara əsasən Allahverdiyevin 5 oyunluq cəzası Premyer Liqa oyunlarına şamil edilmişdi.
                      
saytlarin hazirlanmasi