"Qəbələ"nin futbolçusu: "Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim"

15:56 - 22 Aprel 2014

Ürfan Abbasov: "Mənim üçün çox yaddaqalan oyun oldu"
 
Ürfan Abbasov “Qəbələ”də keçirdiyi 63-cü oyununda ilk qolunu vurub. Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən "Rəvan"-"Qəbələ" matçında fərqlənən müdafiəçi klub tarxinə rəqib qapısına yol tapan 84-cü futbolçu kimi düşüb. Abbasov Premyer Liqada fərqlənən 62-ci “Qəbələ”lidir.
 
Sportal.az xəbər verir ki, ilk qolun təəssüratlarını gabalafc.az-la bölüşən Abbasov bu hissi yaşadığına görə çox sevincli olduğunu deyib:
"Mənim üçün çox yaddaqalan oyun oldu. Qalib gəldik, ilk qolu vurmaq nəhayət ki, qismət oldu. Müdafiədə oynadığıma görə çox irəli çıxmaq, qol epizodlarında yer almaq imkanım olmur. Amma bu dəfə irəli çıxdım və Subotiçdən gözəl ötürmə aldım. Yekun zərbəm dəqiq alındı. Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim. Mənim üçün çox həzzverici və həyəcanlı an idi. İnanıram ki, gələcək oyunlarda da belə şanslar yaxalayıb komandama kömək edəcəyəm".
 

Xəbər xətti