Katalonlar Rudi Qarsiyanı "Roma"dan ayırır
Rudi Qarsiyanın mövsüm başa çatan kimi "Roma"nın baş məşqçi postunu tərk edəcəyi bildirilir.
Sportal.az xəbər verir ki, mütəxəssisin "Barselona"ya baş məşqçi keçəcəyi gözlənilir. Xorxe Martineslə yollarını ayırmağı qətiləşdirən katalonlar artıq sözügedən mütəxəssisin agenti Paskal Buassoyla danışıqlara başlayıb.
İtaliya təmsilçisi ilə 2015-ci ilə qədər müqaviləsi olan məşqçini "Roma"dan ayırmaq ispanlara elə də asan başa gəlməyəcək. İlinə 2,5 milyon avro məvacib alan Qarsiyanı "Roma"dan qoparmaq üçün "Barselona" 5 milyon avrosundan keçməli olacaq. Bunun bir qismi italyanlara ödəniləcək təzminatdırsa, mütəxəssisin gəlişinə də katolonlar bir o qədər xərc çəkməli olacaqlar.
saytlarin hazirlanmasi