Mourinyo: “Liverpul”un qarşısına əvəzedici heyəti çıxaracağam”

16:01 - 24 Aprel 2014

"Məni "Liverpul" deyil, "Atletiko" oyun düşündürür"
 
 
İngiltərədə futbol mövsümünün yekun vurulmasına üç tur qalıb. Premyerliqada üç komanda çempionluq uğrunda mübarizə aparır. Əsasən də çempionluğa "Liverpul", "Çelsi" və "Mançester Siti" favorit hesab olunurlar.
 
Sportal.az xəbər verir ki, aprelin 27-də baş tutacaq "Liverpul" – "Çelsi" qarşılaşması böyük ölçüdə çempionluq məsələsinə aydınlıq gətirəcək. "Liverpul" çempionluq marafonunda əsas rəqibləri "Çelsi"ni 5 xal qabaqlayırsa, ehtiyatda bir oyunu olan "Mançester Siti"dən hazırda 6 xal irəlidədir. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo nədənsə Çempionlar Liqasının qalibi olmağını İngiltərə çempionluğundan üstün tutur. Belə olmasaydı, vacib oyun ərəfəsində portuqaliyalı mütəxəssis "Liverpul"un qarşısına əvəzedici heyətlə çıxacağını deməzdı:
 
"Çempionlar Liqası kubokunu qazanmaq bizim üçün daha vacibdir. Çünki, artıq bu turnirdə İngiltərəni təmsil edən bir komanda yoxdur. Ona görə də məni "Liverpul"la oyun deyil, "Atletiko" ilə cavab qarşılaşma düşündürür. Bəzi oyunçuları qorumaq və istirahət vermək üçün "Liverpul"a qarşı əvəzediçi futbolçulardan istifadə edəcəyəm. Digər yandan da ehtiyatda olan bəzi futbolçuların belə rəqblərlə oyunda nəyə qadir olcağını görmək istərdim. "Liverpul"a məğlub olmaq bizim üçün faciə olmayacaq. Həmin oyunu qələbəylə başa vursaq artıq "Atletiko" ilə oyuna motivasiya daha da yüksək olacaq. Əsas məqsədimiz Çempionlar Liqasının kubokunu İngiltərəryə gətirməkdir". 
 
Joze Mourinyonun fikriylə "Çelsi"nin sahibi Roman Abramoviç də razıdır. Rusiyalı işadamı komandasının çempion olmasından daha çox ÇL-nın kubokunu qazanmasını istəyir.   

Xəbər xətti