"Mövsümün əvvəlində heç kim “Liverpul”u çempionluq yarışında görmürdü"

19:45 - 24 Aprel 2014

Luis Suares: "Çelsi", "Mançester Siti", "Arsenal" və "Tottenhem" kimi komandalar transferlərə 120 milyon avro xərcləyib"
 
 
 “Liverpul”un aparıcı hücumçusu Luis Suaresin maraqlı açıqlamaları diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, uruqvaylı forvardın sözlərinə görə, mşvsümün əvvəlində heç kim "Liverpul"u çempion olacağına inanmırdı: "Əgər heyətə nəzər salmalı olsaq, çempionluq uğrunda mübarizədə "Liverpul"u favorit saymaq olmaz. "Çelsi", "Mançester Siti", "Arsenal" və "Tottenhem" kimi komanda heyətini gücləndirmək üçün transferə 120 milyon avro xərcləyib. Bu klublarla müqayisədə yeni futbolçuların keçidinə "Liverpul" az maliyyə xərclədi və nəticədə komanda birinci yerdə gedir. Bizim qarşımıza çempion olmaq kimi bir hədəf qoyulmayıb.
 
Sadəcə, "Fulhem"lə oyunun əlavə olunmuş dəqiqəsində Stiv Çerrardın penaltidən vurduğu qələbə topu iddiamızı artırdı. Komandaya qoşulan yeni futbolçular özlərini hərtərəfli göstərdilər. Açığı mövsümün əvvəlində heç kim “Liverpul”u çempionluq yarışında görmürdü. Ancaq biz öz oyunumuzla bunu bir daha sübut etdik”.      
 

Xəbər xətti