İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası Liverpulun hücumçusu Luis Suaresi İngiltərə Premyer Liqası ən yaxşı oyunçusu elan edib.
Sportal.az xəbər verir ki, ikinci yeri isə Çelsinin futbolçusu Eden Azar tutub. O daha əvvəl bu mövsümdə PFA-nın ən yaxçı gənc futbolçusu elan edilmişdi.
Üçüncü yeri isə "Mançestr Siti"dən olan Yaya Ture tutub.