"Syominin gedib-getməyəcəyinə isə mövsümün sonunda aydınlıq gələcək"

14:49 - 29 Aprel 2014

"Qəbələ"nin baş məşqçisi "Spartak"a keçir?
 
“Qəbələ”nin baş məşqçisi Yuri Syominin Moskvanın “Spartak” klubuna keçəcəyi ilə bağlı söhbətlər gəzirdi. Avropa Liqasında və ölkə kubokunda uğurlu nəticə əldə olunmadığı təqdirdə "Qəbələ" rəhbərliyinin mövsümün sonunda Syomini klubdan göndərmək istəməsi də mediada geniş şəkildə yayılıb.

Sportal.az xəbər verir ki, bu barədə milli.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, "Qəbələ" ilə Yuri Syominin müqaviləsi hələ davam edir:

"Komanda hazırda Premyer Liqada liderlər qrupu uğrunda mübarizə aparır. Bununla yanaşı, Azərbaycan Kubokunda final oyunu oynayacaq. Həm baş məşqçimizin, həm də komandanın diqqəti hal-hazırda yalnız bu məsələlərdədir. Yuri Syominin "Qəbələ" ilə müqaviləsi hələ bitməyib. Onun gedib-getməyəcəyinə isə mövsümün sonunda aydınlıq gələcək".

Xəbər xətti