"Liverpul", "Udineze", "Qəbələ"...

17:34 - 29 Aprel 2014

III Qəbələ kubokunun iştirakçıları məlum oldu
 
29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Marsel" (Fransa)  və "Anderlext"in (Belçika) ardından "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) klubları turnirdə yer alacağını rəsmən təsdiqləyiblər.

Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq bütün komandalar dəqiqləşib.

Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.

Xəbər xətti