Sportal.az xəbər verir ki, ötən tur "Simurq"la görüşdən (1:0) sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan "qırmızı-qaralar" dünən "Bakı" klubunun təlim-məşq bazasında meydançaya çıxıb.
Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı 8-ci km qəsəbə stadionunda saat 17:00-da keçirəcək.
Xatırladaq ki, "Neftçi" - "Qəbələ" görüşü sabah, saat 17:00-da start götürəcək və qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq.