"İstefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb"

20:06 - 2 May 2014

Syomin: "Bir-birimizdən gizlətməli heç nəyimiz yoxdur"
 
"Gərgin oyun oldu. “Neftçi”yə əvvəlki oyunlarda məğlub olmuşduq. Turnir cədvəli baxımından bu gün qalib gəlmək vacib idi. Oyunun sonluğunu yaxşı bitirdik. Rəqibin oyunçusu Karlos Kardoso ilə problem yaşamadım, futbolda belə şeylər olur. Kubokun finalına hələ çox qalıb. Ayın 7-də növbəti çempionat oyunumuz var, hazırda onu düşünürəm. Rəqiblə bu mövsüm artıq 4 dəfə qarşılaşmışıq, bir-birimizdən gizlətməli heç nəyimiz yoxdur. Gözəl oyun olacaq, əsas odur ki, azarkeşlər tribunaları doldursun".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Neftçi" ilə matçdan sonra bildirib. Syomin haqqında gəzən istefa söhbətindən də danışıb.
 
"Mənim istefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb. Müqaviləmiz var, rəhbərliklə normal münasibətdəyik, işimə davam edirəm"

Xəbər xətti